RU
Milyarderin boşadığı qadın dayəni öldürüb yandırdı - VİDEO
16:20
818

Milyarderin boşadığı qadın dayəni öldürüb yandırdı - VİDEO

Bir zamanlar dünyaca məşhur olmuş "Boyzone" pop-qrupunun banisi, 34 yaşlı milyarder Mark Uoltonun sabiq həyat yoldaşı, 34 yaşlı Sabrina Kvayder həbs olunub. O, övladlarının dayəsini, 21 yaşlı Sofi Lionneti xüsusi amansızlıqla qətlə yetirdikdən sonra qurbanının cəsədini yandırmaqda suçlanır.

S.Kvayder Londonun Sautfild səmtindəki 1,2 milyon dollar dəyərindəki apartamentində yaxalanıb. O, evin arxasındakı həyətdə qurbanının cəsədini yandırmaq istəyib.

Fransız, 21 yaşlı S.Lionett 34 yaşlı S.Kvayderin övladlarına, o cümlədən Mark Uoltonla nikahda dünyaya gətirdiyi oğluna dayəlik edirdi. Fransanın şimal-şərqindəki Trua şəhərində yaşayan yoxsul ailənin övladı olan Lionettə işinin müqabilində ayda cəmi 63 dollar ödənirdi.

Hazırda ABŞ-ın Los-Anceles şəhərində yaşayan Mark Uolton olayla bağlı açıqlama vermək istəməyib.

Kvayderin cəsədi yandırmağa çalışdığı həmin anı yoldan keçən 8 yaşlı oğlan görüb. O, qaçaraq anasına "Orada, bağda kimisə yandırırlar" deyib.

Qonşular hadisə yerinə gedəndə S.Kvayderin bağında böyük tonqalı görüblər. Tonqalın içində cəsəd vardı.

 

S.Kvayder məşuqu, 40 yaşlı Uyiesm Meduni ilə birlikdə həbs olunub.

Onlar qətldə suçlanırlar./milli

7news.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Milyarderin boşadığı qadın dayəni öldürüb yandırdı

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ