RU
Mina Hüseyndən ad günündə sevgi etirafı - VİDEO
13:50
90

Mina Hüseyndən ad günündə sevgi etirafı - VİDEO

Müğənni Mina Hüseyn ad günündə pərəstişkarlarını sevindirib. 

İfaçı məhz doğum günündə "Sevdim" adlı yeni mahnıya çəkilən klipini təqdim edib.
 
Bəstənin müəllifi Kənan Əzimzadədir. Qəbələnin ən gözəl təbiətində lentə alınan ekran işinin rejissorluğu  Xəyal Murtuzova həvalə olunub. Sənətçi yeni layihəsini məhz ad günündə sevənlərinə təqdim etməklə, onlara olan sevgisini ifadə edib. 

Ardıcıl olaraq yeni sənət işləri ilə gündəmə gələn Mina, bu klipinin sehrini dilə gətirib:

"Sevdim mahnısı əsl sevənlər üçün yazılıb. Bir ömür bərabər xoşbəxt olanların nəğməsi olacaq. Bu mahnı sevginin sadəliyini, təmizliyini və gücünü özündə əks etdirir. Ümid edirəm ki, dinləyən hər kəs öz məhəbbətini bu notlarda tapacaq. Hər kəsə xoş seyrlər diləyirəm!”
 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ