RU
Mina partlaması nəticəsində yaralanan hərbçiyə mayor rütbəsi verilib
15:00
212

Mina partlaması nəticəsində yaralanan hərbçiyə mayor rütbəsi verilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin pirotexnik və istehkam hazırlığı şöbəsinin rəisi kapitan Süleyman Heydərova vaxtından əvvəl "mayor” hərbi rütbəsi verilib.

Bu barədə 7News.Az-a FHN-dən bildirilib.

Qeyd olunub ki, həmçinin S.Heydərov "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.

Belə ki, bu gün fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Süleyman Heydərovla görüşüb. Görüşdə rütbə və medal S.Heydərova təqdim edilib.

Xatırladaq ki, S.Heydərov Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ