RU
Minaya düşən ANAMA əməkdaşının vəziyyəti barədə məlumat verildi - YENİLƏNİB + VİDEO
15:55
189

Minaya düşən ANAMA əməkdaşının vəziyyəti barədə məlumat verildi - YENİLƏNİB + VİDEO

 

Ağdamda minaya düşən ANAMA əməkdaşının vəziyyəti stabildir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat üçün bildirir ki, 2021-ci il 6 avqust tarixində işğaldan azad edilmiş Ağdam rayonunda mina partlayışı zamanı xəsarət alan Agentliyin əməkdaşı Əliyev Fərid Əlimusa oğlu tam həkim müayinəsindən keçirilib, baş beyin kompüter tomoqrafiyası (KT) icra edilib, eyni zamanda gözləri müayinə olunub.

"Zərərçəkənin başında və gözlərində heç bir ciddi xəsarətin olmadığı müəyyən edilib, partlayış zamanı ətrafa yayılan torpaq dənəcikləri gözlərindən təmizlənilib, müvafiq profilaktik tədbirlər həyata keçirilib. Vəziyyəti stabildir”, - deyə məlumatda bildirilir. 

 

15:19

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) minaya düşən əməkdaşı Fərid Əliyevin görüntüləri yayılıb.

Qeyd edək ki, F.Əliyev Ağdamın işğaldan azad olunan ərazisində yeni çəkiləcək yolu minalardan təmizləyən zaman partlayış baş verib, nəticədə istehkamçı müxtəlif dərəcəli xəsarətlər alıb.

10:08

06 avqust 2021-ci il tarixdə saat 09 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Ağdam rayonunun Baş Qərvənd kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı 1990-cı il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş Prokurorluqdan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

09:58

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşı minaya düşüb. 

ANAMA-nın əməkdaşı Fərid Əliyev Ağdamın işğaldan azad olunan ərazisində yeni çəkiləcək yolu minalardan təmizləyən zaman xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ