RU
Minbic İŞİD işğalından azad edildi
17:20
1735

Minbic İŞİD işğalından azad edildi

Kürd və ərəb müxalifətçiləri ABŞ Hava Qüvvələrinin dəstəyi ilə Suriyanın Türkiyə ilə sərhədində yerləşən və strateji cəhətdən böyük əhəmiyyətə malik Minbic şəhərini İŞİD işğalından azad ediblər.

Minbiçin azad edilməsi uğrunda döyüşlər iki aydır ki davam edirdi. İŞİD 2 il ərzində şəhəri öz nəzarətində saxlayıb.

Londonda yerləşən Suriya İnsan Haqları Monitorinq Mərkəzinin məlumatına görə, bəzi İŞİD nümayəndələri hələ də şəhərdə qalmaqdadır. Döyüşlər davam etsə də, İŞİD-in əsas qüvvələrini şəhərdən çıxarmaq mümkün olub./olke.az

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ