RU
Mingəçevir bir daha seçimini etdi -
23:26
735

Mingəçevir bir daha seçimini etdi -

Aydın Böyükkişi oğlu Mirzəzadə 2 iyul 1957-ci ildə Mingəçevir şəhərində anadan olub.

O, 1974-cü ildə Mingəçevir şəhər 10 saylı orta məktəbi bitirib, 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat fakültəsinə qəbul olunub və 1980-ci ildə buranı inşaatçı-mühəndis ixtisası ilə başa vurub.

Təhsil müddətində İnstitut Tələbə Şurasının üzvü kimi ictimai fəaliyyətlə məşğul olub, tələbə-inşaat dəstələri hərəkatında fəal iştirak edib.

1980-ci ildə təyinatla Rusiya SFSR-in Tver vilayətinin Rjev şəhərində yerləşən 1315 saylı səyyar mexanikləşdirilmiş dəstənin tikinti ustası işləyib.

1980-1982-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olub və hərbi xidmətin yekununa görə adı hərbi hissənin Fəxri Kitabına salınıb.

1982-1993-cü illərdə Mingəçevir şəhərində yerləşən Azərbaycan DRES tikintisində müxtəlif vəzifələrdə çalışıb.

1992-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

1992-ci ildə Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının yaradılmasında iştirak edib və 1992-1999-cu illərdə təşkilatın sədri olub.

1993-cü ildən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi, müavini, 1997-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İctimai-siyasi şöbəsinin sektor müdiri vəzifələrində çalışıb.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) I (1999-cu il), II (2001-ci il), III (2005-ci il) və V qurultaylarında (2013-cü il) partiyanın Siyasi Şurasının üzvü seçilib.

2003-cü ildə prezident seçkilərində prezidentliyə namizəd Heydər Əliyevin, 2008-ci il prezident seçkilərində prezidentliyə namizəd İlham Əliyevin seçkiqabağı vəkili olub.

2008-ci və 2013-cü il prezident seçkilərində, 2009-cu il Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendiumunda və 2009-cu və 2014-cü il bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasında YAP-ı məşvərətçi səslə təmsil edib.

29 yanvar 2015-ci ildən YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiridir.

Azərbaycan Milli Ensiklopediyasının eksperti, siyasi elmlər namizədidir. 6 kitabın müəllifidir.

Rus və ingilis dillərini bilir.

Ali məktəblərdə sosial-siyasi fənlərdən dərs deyir.

Kitablarından dərs vəsaiti kimi istifadə edilir.

Politologiya sahəsində geniş tədqiqat işi aparır.

Azərbaycan Respublikası II (2000-ci il), III (2005-ci il) və IV çağırış ( 2010-cu il) Milli Məclisinin Mingəçevir 47 saylı seçki dairəsindən deputat seçilib.

2005-ci ildən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavinidir.

2014-cü ilin sonunda A. Mirzəzadənin Türkiyənin MLEC Kitab Nəşriyyatı tərəfindən türk dilində “Karabağ düğümü” adlı kitabı böyük tirajla çap edilib.

Kitabda çoxsayı xəritələr, şəkillər, tarixi sənədlər, beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər verilib.

2003-2009-cu illərdə parlament jurnalistləri arasında keçirilən rəy sorğularının nəticələrinə görə “İlin deputatı” elan edilib.

2009-cu ilin fevralında ölkənin nüfuzlu gənclər təşkilatının biri tərəfindən “Gənclərin dostu” elan edilib.

2009-cu ilin “İlin fəal millət vəkili” nominasiyasının qaliblərindən biri seçilib.

2010-cu ilin dekabrında “Gənc Liderlər” Uşaq və Gənclər Təşkilatının keçirdiyi rəy sorğusunun nəticələrinə görə “Gənclərin Dostu” elan edilib.

30 sentyabr 2011-ci il tarixində “İslahatçı Gənclər” İctimai Birliyi Aydın Mirzəzadəni hər il ənənəvi olaraq təqdim etdiyi “Xəzər” Milli Mükafatının qaliblərindən biri elan edib.

16 dekabr 2011-ci il tarixində Turizmə Dəstək Gənclər Koalisiyası tərəfindən qanunvericilikdə turizmin inkişafına göstərdiyi dəstəyə görə “Turizm – 2011” mükafatına layiq görülüb.

27 yanvar 2014-cü ildə “Ağ Yol” Vətəndaş Hərəkatı tərəfindən Milli Məclisin 10 ən aktiv millət vəkilindən biri elan edilib.

28 yanvar 2014-cü ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin əmri ilə “Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə” medalı ilə təltif edilib.

Ailələlidir. İki övladı-bir oğlu və bir qızı var.

Hazırda 47 saylı Mingəçevir seçki dairəsindən 4-cü dəfə YAP tərəfindən deputatlığa namizəddir.

Daim dövlətçilik mövqeyində dayanan, milli maraqların qorunmasında fəal olan Aydın Mirzəzadə son açıqlamalarının birində deyib: “Azərbaycan cəmiyyəti anti-milli maraqlardan çıxış edən qüvvələri dəstəkləmir və onların arxasınca getmir”.

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ