RU
Mingəçevir Dövlət Dram Teatrı mövsümü açıq elan etdi.
11:53
624

Mingəçevir Dövlət Dram Teatrı mövsümü açıq elan etdi.

Mingəçevir Dövlət Dram Teatrı özünün 47- ci teatr mövsümünü açıq elan etdi.

Sentyabrın 12 də xeyli sayda teatr sevərlərin Türkiyədən,Azərbaycanın müxtəlif bölgələrindən gələn dostlarınin iştiraki ilə teatr öz növbəti mövsümünu açıq elan edərək tamaşaçıların görüşünə gəldi.
İlk olaraq Mingəçevir şəhər İcra hakimiyyəti teatrın 6 əməkdaşını diplom və fəxri fərmanlarla təltif etdi.Bunlar Xalq artisti Zülfüqar Abbasov,əməktar artist Ella Yaqubova ,Quruluşçu rəssam Yusif İmamverdiyev, sevilən aktyor Şıxı Yaqubov Asim Məmmədov və gənc aktyor Paşa Salmanov idi.Türkiyədən gələn ali dərəcəli zabitlər də teatrın kollektivini diplomla təltif etdiler.Çıxış edənlər teatra bol -bol uğurlar arzu etdilər.Teatrın direktoru Səxavət Məmmədov öz çıxışında bildirib ki,bu ilin sonuna kimi teatrımız 3 tamaşa hazırlayacaq,bunlardan biri xalq artisti Zülfüqar Abbasovun quruluş verdiyi "Cəsurlar" uşaq tamaşası daha sonra isə sevilən rejissor Bəhrəm Osmanovun quruluşunda "Son reportaj" və "Xalidənin taleyi" adlı 2 yeni tamaşa bu ilin sonunadək tamaşaçıların ixtiyarına veriləcək.
Daha sonra isə mövsümün açılışını Xalq artisti Vaqif Əsədovun hazırladığı "İki yetimin taleyi" tamaşası ilə aciq elan etdi.Tamaşada əsas rolları Əməkdar artistlər Ella Yaqubova,Akif Mirabov Gənc aktrisa Fəridə Məmmədova,sevilen aktrisa Afət Əliyeva, aktyorlar Asim Məmmədov və Hüseyn Mustafayev iştirak edirdi.Tamaşadan sonra isə teatr kollektivi şirniyyat süfrəsi ətrafında öz bayramlarını qeyd ediblər.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ