Mart ayının 10-da Mingəçevir Dövlət Dram Teatrında Azərbaycan Milli peşəkar, çağdaş teatrının 143 illik yubileyi ilə əlaqədar əbədi-bədii gecə keçirilmişdir.Gecədə Mingəçevir şəhər ziyalıları , şəhər icra hakimiyyətinin nümayəndələri və teatrın görkəmli xadimləri iştirak etmişdilər.Yubiley mərasimini giriş sözü ilə teatrın direktor muavini Vüsal Məmmədov açaraq,yubiley iştirakçılarını salamlamış,teatr ictimayyətini Milli teatrımızın təşəkkülü və yaranışı münasibəti ilə səmimi qəlbdən təbrik etmişdir.
Mingəçevir şəhər icra hakimiyyətinin nümayəndəsi Sahib Əliyev şəhər icra hakimiyyəti adından yubiley iştirakçılarına ən səmimi arzu və istəklərini bildirmiş teatrın yaradıcı heyyətinə müvəfəqqiyətlər arzu etmişdir.
Gənclər və İdman idarəsinin rəisi Kamal Nəcəfli öz növbəsində teatrın gənc aktyorlarından Aytən Abdullayevanı ,Paşa Salmanovu ,Asim Əmirovu və Ceyhun Əhmədovu fəxri fərmanla mukafatlandırmışdır.Teatrın görkəmli aktrisası Ella Yaqubova yubiley iştirakçılarını salamlayaraq, teatrın nəzdində fəaliyyət göstərən “İnam” studiyyasının yetişdirmələri olan Paşa Salmanova və Leyla Cavadovaya studiyanı uğurla başa vurduqları üçün sertifikatla təltif edilmişdir.
Gecənin sonunda söz teatrın baş rejissoru Xəzər Gəncəliyə verilmişdir.Xəzər Gəncəli Azərbaycan teatrının inkişaf yolundan onun keçdiyi mərhələlərdən söhbət açaraq,milli teatrımızın üç min illik qədim bir tarixə malik olduğunu maraqlı faktlarla vurğulamış və milli teatrın təşəkkül və inkişafında Azərbaycan dramaturgiyasının banisi və qurucusu M.F . Axundovun zəhmət və fəaliyyətini xususi olaraq qeyd etmişdir.O , göstərmişdir ki, məhz M.F. Axundov fəaliyyəti sayəsində Azərbaycanda çağdaş teatr sənətinin əsası qoyulmuş və 1873-cü il 10 mart tarixində görkəmli maarifpərvər ziyallarımız Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun rəhbərliyi ilə “ Sərgüzəşti vəziri xani – Lənkəran “ əsəri ilk dəfə milli səhnəmizdə oynanılmışdır.
Gecənin sonunda bədii hissədə əməkdar incəsənət xadimi , görkəmli rejissor Bəhram Osmanovun yazıçı İlqar Fəhminin “ Son reportaj” adlı pyesi üzərə hazırlanmış olduğu tamaşa müvəffəqiyyətlə nümayiş etdirilmişdir.








