RU
18:16
626

"Mingəçevir Dövlət Dram Teatrı"ndan daha bir yenilik

Mingəçevir Dövlət Dram Teatrı 47- ci mövsümündə yeni uşaq tamaşası hazırlayır.

Əli Səmədlinin "Cəsurlar" nağılının əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Xalq artisti Zülfüqar Abbasovdur.

Tamaşının əsas rollarında Hüseyn Mustafayev, Ceyhun Əhmədov, Aytən Allahverdiyeva, Asim Məmmədov, Elmira İbrahimova, Leyla Cavadova, Firuz Hacıyev və b.iştirak edir.

Tamaşa oktyabrın 1 -ə qədər hazırlanıb təhvil veriləcək. Azərbaycan teatrlarında ilk dəfə olaraq tamaşanın daxili baxışına Mingəçevirdə fəaliyyət göstərən məktəblərin müəllimləri və fəal şagirdləri də dəvət olunacaq və onların da fikir və təklifləri müzkirə olunaraq nəzərə alınacaq.

Tamaşanın quruluşçu rəssamı Yusif İmamverdiyev, musiqi tərtibatı Elnur Rəsulov, rəqslərin quruluşu Eyvaz Əliyevdir. Tamaşanın  balaca fidanlar tərəfindən böyük rəğbətlə qarşılanacağına inanırıq.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ