RU
Mingəçevir Dövlət Universiteti ilə Yıldız Teknik Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb
23:58
1336

Mingəçevir Dövlət Universiteti ilə Yıldız Teknik Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb

2021-ci ilin 12 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov qardaş Türkiyəyə səfəri çərçivəsində İstanbulda yerləşən Yıldız Teknik Universitetinin (YTU) rektoru Tamer Yılmazla görüşüb.

Nümayəndə heyətini səmimi salamlayan T.Yılmaz dost Azərbaycanı təmsil edən MDU ilə əməkdaşlığın yaradılmasından məmnunluğunu ifadə edib və bu sahədə bütün zəruri dəstəyin göstərilməsinə hazır olduğunu bildirib. 110 illik inkişaf tarixinə malik olan YTU-da həyata keçirilən kadr hazırlığı istiqamətləri barədə ətraflı məlumat verən T.Yılmaz hazırda universitetdə 35 mindən artıq tələbənin təhsil aldığını deyib.
YTU-nun Türkiyə universitetləri arasında ən böyük texnoparka malik olduğunu vurğulayan T.Yılmaz müasir ekosistemin formalaşdırılması və sənaye ilə səmərəli işbirliyinin yaradılması sahəsində mövcud olan zəngin təcrübələrindən danışıb. T.Yılmaz akademik və inzibati heyətin bacarıqlarının inkişaf etdirilməsi, müasir tələblərə cavab verən kampusun yaradılması, gənc əməkdaşların doktorantura səviyyəsində təhsil alması, məsafədən təhsilin yaratdığı imkanlardan fayda əldə edilməsi və digər məsələlərdə MDU-ya köməklik göstərə biləcəklərini bildirib.
Görüşdə 44 günlük Vətən Müharibəsi dövründə göstərdiyi mənəvi dəstəyə görə həmkarına təşəkkürünü bildirən Ş.Bayramov səfərinin əsas məqsədlərindən danışıb. MDU-nun strateji hədəfləri barədə məlumat verən Ş.Bayramov təmsil etdiyi universitetin ali təhsil xidmətlərinin keyfiyyətinin davamlı yüksəldilməsi, Mingəçevir şəhəri və ətraf regionun hərtərəfli inkişafına daha çox töhfə verməsi baxımından beynəlxalq əməkdaşlıqdan əsas gözləntilərini diqqətə çatdırıb.
Türkiyənin qocaman və davamlı müasirləşən ali təhsil müəssisələrindən biri olan YTU ilə qarşılıqlı faydalı işbirliyinin yaradılmasında maraqlı olduğunu vurğulayan Ş.Bayramov MDU-nun potensialının gücləndirilməsinə xidmət edəcək ikitərəfli əməkdaşlıq istiqamətləri barədə fikirlərini bölüşüb. MDU-nun Mühəndislik fakültəsinin yenidən qurulması prosesində YTU-nun fəal iştirakı üçün mövcud olan imkanları qeyd edən Ş.Bayramov MDU-da tədrisin məzmunun yenilənməsi və müvafiq tədris laboratoriyalarının yaradılmasında birgə fəaliyyətin əhəmiyyətini bildirib.
Возможно, это изображение (2 человека и люди стоят)
Возможно, это изображение (3 человека, люди стоят и в помещении)
Возможно, это изображение (2 человека и текст «MİNGOÇEVİR DÖVLET MDU UNİVERSİTETİ Mingaçevir Dövlat Universiteti ila Yıldız Teknik Universiteti arasında amakdaşlıq protokolu imzalanıb KNIK 1911 fORoOD mdueduaz»)
Возможно, это изображение (2 человека и в помещении)
Возможно, это изображение (1 человек, стоит и на открытом воздухе)

Возможно, это изображение (2 человека и люди стоят)
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ