RU
Mingəçevir Dövlət Universiteti insan alverinə YOX deyir
14:44
1914

Mingəçevir Dövlət Universiteti insan alverinə YOX deyir

Mingəçevir Dövlət Universitetində “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının birgə təşkilatçılığı ilə reallaşmışdır. 

Tədbiri giriş sözü ilə açan universitetin prorektoru, dosent Rövşən Əliyev universitetin rektoru Akif Hacıyevin adından qonaqları salamlayaraq, əsasən, universitetdə təhsil alan tələbələr üçün  "İnsan alverinə qarşı mübarizə” sahəsində maarifləndirici tədbirin əhəmiyyətini qeyd etdi.

Tədbirdə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis mayoru Rafiq Məmmədov, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, Azərbaycan Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının əməkdaşı Qalib Yaqubov insan alverinin ağır nəticələri, bu ümumbəşəri bəla ilə mübarizənin mahiyyəti və formalarından danışıblar. Onlar bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri, insan alverinin doğurduğu fəsadlar, eləcə də ölkəmizdə bu bəlaya qarşı mübarizə metodları barədə geniş məlumat veriblər. Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

Yekunda tədbir iştirakçılarına insan alverinə dair mübarizə metodlarını əks etdirən bukletlər paylanılıb.

7news.Az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ