RU
Mingəçevir Dövlət Universiteti “THE Impact Rankings 2026” reytinqində  irəliləyiş əldə etdi: 1501+ qrupundan 1001–1500 qrupuna yüksəldik!
18:12
37

Mingəçevir Dövlət Universiteti “THE Impact Rankings 2026” reytinqində irəliləyiş əldə etdi: 1501+ qrupundan 1001–1500 qrupuna yüksəldik!

 Böyük Britaniyanın nüfuzlu "Times Higher Education” təşkilatı tərəfindən açıqlanan "THE Impact Rankings 2026” nəticələrinə əsasən, MDU dünya universitetləri arasında 1001–1500 qrupunda qərarlaşıb. Qeyd edim ki, universitetimiz 2025-ci ildə bu reytinqdə 1501+ qrupunda yer almışdı.
 Bu nəticə MDU-nun dayanıqlı inkişaf gündəliyində yüksələn mövqeyinin göstəricisidir:
 Universitetin ümumi nəticə göstəricisi 49.7 baldan 53.6 bala yüksəlib.
 MDU BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədindən 9-u üzrə Azərbaycan universitetləri arasında ilk 10-luqda yer alıb.
 Universitetimiz SDG 14 – Sudakı həyat üzrə ölkə universitetləri arasında 5-ci, SDG 12 və SDG 15 üzrə 6-cı, SDG 6 və SDG 9 üzrə isə 7-ci yerdə qərarlaşıb.
 MDU SDG 12 və SDG 15 istiqamətləri üzrə dünya universitetləri arasında 301–400 aralığında təmsil olunub.
 Bu irəliləyiş MDU-da son illərdə həyata keçirilən sistemli islahatların, yaşıl kampus təşəbbüslərinin, sosial məsuliyyət, ekoloji maarifləndirmə, tədqiqat, innovasiya və beynəlxalq əməkdaşlıq istiqamətlərində aparılan məqsədyönlü fəaliyyətin beynəlxalq səviyyədə qiymətləndirilməsinin nəticəsidir.
 İnanıram ki, bu uğur universitetimizin 2026–2030-cu illər üzrə inkişaf hədəflərinə, tədqiqat yönümlü universitet modelinə keçidinə, rəqəmsal transformasiya, yaşıl kampus və beynəlmiləlləşmə prioritetlərinə yeni təkan verəcək.
 Bu mühüm nəticə münasibətilə MDU ailəsini təbrik edir, bu prosesdə əməyi olan bütün əməkdaşlarımıza, akademik və inzibati heyətimizə, tələbələrimizə və tərəfdaşlarımıza təşəkkür edirəm.
 Universitetimiz Sizinlə böyüyəcək, Sizinlə yüksələcək!
 
 

 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ