RU
Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günləri keçirilir
22:00
679

Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günləri keçirilir

2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetində (MDU) "Açıq qapı” günləri keçirilir.


Universitetdən 7NEWS.Az-a bildiriblər ki, rektor Şahin Bayramovun iştirakı ilə keçirilən "Açıq qapı” günləri imtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyır. Növbəti "Açıq qapı” günü yanvarın 13-də təşkil olunacaq. Virtual görüşdə MDU tələbələri və onların valideynləri iştirak edə bilərlər.

Qeyd edək ki, "Açıq qapı” günləri yanvarın 6-dan başlayaraq imtahan sessiyası dövründə hər həftənin cümə axşamı saat 15:00-da "Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunur.

Görüşə qatılmaq istəyənlər [email protected]  elektron poçt ünvanına müraciət edə bilərlər.

 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ