Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mubarizə Mərkəzi ölkəmizdə İİV/QİÇS-lə mübarizənin gücləndirilməsi, insanların öz İİV-statusuna dair məlumatlandırılması, biliklərin artırılması, yoluxma hallarının erkən aşkarlanması və profilaktikasının genişləndirilməsi, İİV-lə bağlı stiqma və diskriminasiya hallarının qarşısının alınması məqsədi ilə Mingəçevir Dövlət Universitetində "İİV-ə testləşmə milli kampaniya”sı təşkil olunmuşdur.
Səhiyyə Nazirliyinin təşəbbüsü ilə təşkil olunmuş kampaniya çərçivəsində universitetdə çalışan bir qrup pedaqoji heyət və təhsil alan tələbələrdən 258 nəfərdə könüllü olaraq İnsanın İmmunçatışmazlığı Virusuna test müayinəsi aparılıb. Müayinələr əsasən iş otaqlarında, auditoriyalarda tədris prosesindən ayrılmayaraq 15-20 dəqiqə ərzində ekspress-test üsulu ilə həyata keçirilib. Universitetdə ilk dəfə icra olunan müayinələr İİV statusunu müəyyən etməyə imkan yaradıb.
Müayinələrlə yanaşı Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisləri universitetdə çalışan pedaqoji heyətlə və tələbələrlə testdən əvvəl və sonra İİV/QİÇS-lə bağlı məsləhətləşmələr keçirib, onlara broşur, bukletlər, döş nişanı, plakatlar paylayıblar.
7news.Az











