RU
Mingəçevir Dövlət Universitetində Respublika Elmi Konfransı keçirilib
11:37
586

Mingəçevir Dövlət Universitetində Respublika Elmi Konfransı keçirilib

Mingəçevir Dövlət Universitetində "Qloballaşma və regional inteqrasiya” mövzusunda Respublika elmi konfransı keçirilib. Konfransda Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, s.f.d. İlham İsmayılov, respublikanın bir sıra ali təhsil müəssisələrinin professor-müəllim heyyəti, doktorant, dissertant, elmi-tədqiqat müəssisələrinin elmi işçiləri iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra giriş sözülə çıxış edən Mingəçevir Dövlət Universitetinin rektoru Akif  Hacıyev qeyd edib ki, müasir dünya siyasətində bir çox inkişaf prosesləri və meylləri müşahidə olunur. Buna baxmayaraq, onlar arasında bir üçlüyü – qloballaşma, inteqrasiya, demokratikləşməni xüsusi olaraq qeyd edirlər. Bu günkü konfransın keçirilməsində məqsəd də məhz, bu mövzunun ayrı-ayrı aspektlərinin elmi-konseptual nöqteyi-nəzərdən öyrənilməsini və tədqiqini təmin etməkdən ibarətdir. Düşünürəm ki, konfransın həm plenar, həm də bölmə iclasları işgüzar şəraitdə keçiriləcək və çox maraqlı, məzmunlu  məruzə və çıxışları dinləyəcəyik.
Sonra konfransın plenar iclasında məruzələr dinlənilmişdir. Mingəçevir Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru, i.e.d., prof. Veysəl Əyyubov "Qloballaşma şəraitində Azərbaycan Avropa və regionun enerji təhlükəsiz-liyinin təminatçısı kimi”; Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakültəsinin dekanı tex.f.d., dos. Vüqar Mustafayev "Qloballaşma dövründə Azərbaycan sənayesinin inkişafı və regional inteqrasiya perspektivləri”; Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının müdiri s.f.d., dos. Esmira Cəfərova "Qloballaşma və humanitar inteqrasiya”; Mingəçevir Dövlət Universitetinin İnformasiya texnologiyaları və sistemləri kafedrasının baş müəllimi, tex.f.d. Möhübbət Əhmədov "İnnovativ informasiya-kommunikasiya texnologiyaları layihələri qloballaşma və regional inteqrasiya kontekstində” mövzularında çıxış etmişlər.
Sonda rektor A.Hacıyev konfrans və məruzələr barədə fikirlərini bölüşdü. Məruzələrin yüksək səviyyədə hazırlandığını bildirdi. Konfransın işində iştirak edən ali təhsil müəssisələrinin professor-müəllim heyyəti, doktorant, dissertant, elmi-tədqiqat müəssisələrinin elmi işçilərinə təşəkkür etdi. A.Hacıyev bununlada, konfransın plenar iclasının başa çatdığını qeyd etdi və proqrama uyğun olaraq, konfrans işini iki gün ərzində bölmə iclaslarıında  davam edəcəyini vurğuladı.
Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.02.2016-cı il tarixli 120 saylı əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində 2016-cı ildə keçiriləcək beynəlxalq və respublika elmi konfrans və simpoziumların siyahısı” əsasında keçirilib. 
 
7news.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ