Online formatda keçirilən tədbiri giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, tədbir iştirakçılarını Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib.
Bilikli, bacarıqlı və vətənpərvər gənclərin cəmiyyətdə aparıcı qüvvə olduğunu vurğulayan rektor müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Ordusunun sayəsində tarixi Zəfərin əldə edilməsilə nəticələnən 44 günlük Vətən Müharibəsində həm ön cəbhədə döyüşlərdə, həm də arxa cəbhədə informasiya mübarizəsində və mənəvi dəstək tədbirlərində MDU-nun gənc əməkdaşlarının, tələbə və məzun heyəti üzvlərinin fəallığından danışıb. Qəhrəman əsgər və zabitlərimizin qanı və canı bahasına torpaqlarımızın işğaldan azad edildiyini bildirən Ş.Bayramov Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.
Tədbirdə MDU-nun Vətən Müharibəsində iştirak etmiş əməkdaşları - "Mexanika” kafedrasının müdiri, dosent Mahir İsmayilov, "Riyaziyyat” kafedrasının müəllimi Rövşən Babayev, "Mexanika” kafedrasının müəllimi Qaragöz Kərimov və texniki heyət üzvü Asim Misirzadə məruzələrlə çıxış ediblər.
7NEWS.Az








