RU
lombard
Mingəçevir Dövlət Universitetinin gənc əməkdaşları Bakı Qida Hakatonunun qalibi olublar
12:30
552

Mingəçevir Dövlət Universitetinin gənc əməkdaşları Bakı Qida Hakatonunun qalibi olublar

Mingəçevir Dövlət Universitetinin (MDU) gənc əməkdaşları Elvin Muradzadə və Nurlan Əzizlinin təmsil etdikləri Agrinova komandası Bakı Qida Hakatonunun qalibi olub. 27-28 noyabr tarixlərində keçirilən hakaton Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi, Gənc Avropa Səfirləri və Aİ-nin maliyyələşdirdiyi, Avrasiya Əməkdaşlıq Fondu və "Konstitusiya” Araşdırmalar Fondunun reallaşdırdığı "AgriVision” layihəsi çərçivəsində təşkil edilib. 

Diqqətə çatdırılıb ki, hakaton sağlam qidalanma vərdişlərinin təbliği, yerli qidaların istehlakına həvəsləndirmək və Azərbaycanda qida ilə bağlı problemlər üçün innovativ həllər yaratmaq məqsədi daşıyır.
Ümumilikdə 55 nəfər olmaqla 13 komandanın yarışdığı hakatonda iştirakçılara dəstək üçün yerli və xarici təcrübəli mentorlar cəlb olunub. 
Qalibi aqrar xidmət və innovasiya sahəsində yüksək profilli ekspertlər daxil olmaqla dəvət olunmuş münsiflər heyətinin üzvləri seçiblər. Münsiflər sırasında "ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev, Aqrar Kredit və İnkişaf Agentliyinin sədrinin müavini Cəfər Məhərrəmov, Aqrar İnnovasiya Mərkəzinin direktor müavini Anar Cəfərov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar departamentinin rəhbəri Şəbnəm Məmmədova yer alıblar.
Hakatonda birinci yerə layiq görülən MDU-nun gənc əməkdaşlarından ibarət Agrinova komandası 5000 avro qazanıb.
Dekabrın 3-də MDU-nun rektoru Şahin Bayramov qalib komandanın üzvləri ilə görüşüb. Görüşdə universitetin Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev də iştirak edib.  
Kənd təsərrüfatı sahəsinin dəstəklənməsinə yönələn hakatonda təqdim edilən innovativ həllər arasında MDU əməkdaşlarının layihəsinin qalib seçilməsi münasibətilə təbriklərini çatdıran rektor universiteti layiqincə təmsil etdiklərinə görə gənclərə təşəkkürünü bildirib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da gənclərin innovativ ideyalarının dəstəklənməsi və startap fəaliyyətlərinin təşviq edilməsi diqqət mərkəzində saxlanılır.
 Возможно, это изображение (2 человека, люди стоят и в помещении)Возможно, это изображение (3 человека и люди стоят)
Возможно, это изображение (текст «1st place Funded by the European Union AgriVision EU NEIGHBOURS east BAKU FOOD HACKATHON Agrihooa Agri 27-28 November 2021 5000 €»)
Возможно, это изображение (5 человек, люди стоят и костюм)
Возможно, это изображение (1 человек, сидит, костюм и в помещении)
Возможно, это изображение (1 человек, стоит и в помещении)
Возможно, это изображение (5 человек, люди стоят и текст «1Splace 1st place AgriVision EUNEIGHBOURS east BAKU FOOD HACKATHON Agi hoou 5000 5000€ € 27-28 November 2021»)
 
7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ