RU
Mingəçevir Dövlət Universitetinin tələbələri arasında intelektual bilik yarışı keçirilmişdir.
21:43
2172

Mingəçevir Dövlət Universitetinin tələbələri arasında intelektual bilik yarışı keçirilmişdir.

Mingəçevir Gənclər evində Mingəçevir Dövlət Universitetinin tələbələri arasında intelektual bilik yarışı keçirilmişdir. Tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda Şəhidlik zirvəsinə ucalan qəhrəman, mərd və igid oğulların xatirəsi bir dəqiqəlik sükutla yad etmişlər.

Sonra yarışı giriş sözü ilə Tələbə Gənclər Təşkilatının sədri Rəşad Qurbanov açmışdır. Yarışın reqlamenti, prosedur qaydaları barədə tədbir iştirakçılarına məlumat vermişdir. Daha sonra iştirakçı komandlara və təşkilatçılara uğurlar arzulandı. Yarış üç mərhələdə keçirilib. Birinci ve ikinci mərhələdə ən çox xal toplayan 6 komanda final mərhələsində oynamaq hüququ əldə edib. Gərgin mübarizə ilə keçən final mərhələsinin yekununda “Qarabağ” komandası üçüncü, “Güpləgetsin” komandası ikinci və “Səkkiz” komandası birinci yeri tutmuşdur. Qalib və fərqlənən komandalara kubok, fəxri fərman və pul mükafatı təqdim olunmuşdur. 

7news.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ