RU
Mingəçevir şagirdləri “Sabahın alimləri”  müsabiqəsinin finalına vəsiqə qazanıblar - VİDEO
19:30
342

Mingəçevir şagirdləri “Sabahın alimləri” müsabiqəsinin finalına vəsiqə qazanıblar - VİDEO

7NEWS.az xəbər verir ki, Martın 3-də Bakı Ali Neft Məktəbində "Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin final mərhələsi reallaşıb. 
Sevindirici haldır ki, final mərhələsinə Mingəçevir şəhəri İ.Qayıbov adına 10 nömrəli ümumtəhsil məktəbinin şagirdləri də vəsiqə qazanıblar. 

Sözügedən məktəbin 11-ci sinif şagirdləri Cahid Əsgərli, İbrahim Salamov və 10-cü sinif şagirdləri Kamal Məmmədov və Rafael Musayev öz innovativ, IT həlləri ilə qatılıblar.

Məlumat üçün qeyd edək ki, şagirdlərin elmi rəhbəri MDU-nun Süni intellekt və Rəqəmsal Texnologiyalar İnstitutunun Direktoru Aidə Mustafayevadır. 

Şagirdlərin uğur qazanmasında, eyni zamanda, məktəbin direktoru Yeganə Kərimova və müəllimi Yeganə Rəsulova mühüm rol oynayıblar. Biz də şəhərimizin şağirdlərinə dəstək olmaq üçün Ali Neft Məktəbinə yollandıq və onların IT layihələri ilə yerində tanış olduq və mənəvi olaraq dəstəklədik.

Dünyanın ən gözəl şəhəri olan #Mingəçevir hər zaman elmi uğurları ilə diqqət mərkəzində olub. 

Yuxarıda qeyd etdiyim unikal IT yenilikləri ilə şagirdlərimizin və direktorun öz dilinnən eşidin. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ