RU
lombard
Mingəçevir sakinindən odlu silah götürülüb
21:50
201

Mingəçevir sakinindən odlu silah götürülüb

Mingəçevir şəhər sakini Xətai Rüstəmovun qanunsuz olaraq odlu silah gizlətməsi barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 7NEWS.Az-a verilən məlumata görə, keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxs özünə məxsus "Niva” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən saxlanılıb.

Onun idarə etdiyi avtomobilə baxış keçirilərkən oradan lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

7NEWS.Az

Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ