Xəbər verdiyimiz kimi, bu gün Mingəçevirdə zəlzələ baş verib.
Zəlzələ yerli vaxtla saat 13.53-də Mingəçevirdən 25 km şimal-qərbdə Mingəçevir su anbarında qeydə alınıb.
Yeraltı təkanlardan Mingəçevir su anbarında təhlükəli vəziyyətin yarandığı iddia olunur.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bununla bağlı açıqlama verib.
Onun sözlərinə görə, hazırda Mingəçevir su anbarı üçün ciddi təhlükə yoxdur: "Orada müəyyən zəlzələ ocaqları var. Bu dəfə baş verən zəlzələ çox az hiss olunub. Tərarlanma ehtimalı yoxdur. Əgər təkrarlansa belə, heç bir təhlükə gözlənilmir”.
Qeyd edək ki, maqnitudası 3,2, dərinliyi 23 km olan zəlzələ hiss olunmayıb./azvision.az
7news.Az








