RU
Mingəçevir teatrından daha bir yenilik
15:43
736

Mingəçevir teatrından daha bir yenilik

Bu günlərdə Mingəçevir Dövlət Dram Teatrında yenə əsl teatr bayramı əhval-ruhiyyəsi hiss olunurdu. Belə ki, inkişaf etməkdə olan Mingəçevir teatrı   yeni tamasa ilə tamaşaçıları sevindirmək ərəfəsindədir.  Teatrda  yazıçı Əli Səmədlinin “Cəsurlar” nağıl- pyesi əsasında hazırlanmış “Güc və Ağıl” tamaşasının 01.10.2015-ci il tarixində ictimai baxışı keçirilmişdir. 

Baxış tamaşasında teatrın bədii şurası, yaradıcı heyəti ilə bərabər, ilk dəfə olaraq Mingəçevir şəhərinin əksər məktəblərinin müəllim və şagird nümayəndələri də iştirak etmişlər. Maraqla qarşılanan tamaşanın müzakirəsində müəllimlər və şagirdlər yüksək fəallıq göstərmiş, əsərin movzu və ideyasının bu günlə uyğunlaşdırılması, vətənpərvərliyin, cəsurluğun, düşmənə qarşı mübarizənin ön plana gətirildiyini qeyd etmişlər.

Tamaşada hadisələrin nağıl kontekstindən  çıxarılaraq bu gün xalqımızın apardığı Qarabağ müharibəsi mövzusu ilə əlaqələndirilməsi   balaca teatrsevərlərdə böyük maraq doğuraraq vətənpərvərlik hissi aşılaya bilmişdi.

Azərbaycanın Xalq artisti Zülfüqar Abbasovun quruluş verdiyi bu tamaşada E.İbrahimova, A.Məmmədov kimi təcrübəli aktyorlarla yanaşı teatrın gənc aktyor heyətindən də  rol alanlar  vardi.

Müzakirələr zamanı  tamaşaçılar rəssam işinin, musiqi tərtibatının yüksək səviyyədə olduğunu xüsusi vurğulamışlar.

Yaxın günlərdə “Ağil və güc” tamaşası balaca tamaşaçılara təqdim olunacaq.

Müəllim və məktəblilər yeni hazirlanmış tamaşanin  ilk dəfə olaraq, onların iştirakı ilə müzakirə edilməsini razılıqla qeyd etmişlər.

Muzakirələr zamanı çıxış edən teatrın direktoru Səxavət Məmmədov yeni hazırlanmış uşaq tamaşalarında  belə muzakirələrin teatrda bir ənənə halını alacağını bildirdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ