Mingəçevir 'zibilə düşüb': Pandemiya dönəmində bu görüntü hər kəsi şok etdi
Mingəçevir 'zibilə düşüb': Pandemiya dönəmində bu görüntü hər kəs şok etdi
Bu küçəyə nə təcili yardım, nə yanğınsöndürən nədəki digər avtombillər daxil ola bilir.
7NEWS.az xəbər verir ki, məkana yaxınlaşanda üfunət qoxuyur. Bir sözlə, küçə zibil poliqonuna bənzəyir.
7NEWS.az xəbər verir ki, görüntülər Mingəçevir şəhəri, Qaçaq Nəbi küçəsində lentə alınıb. Sakinlər bidirir ki, yaşadıqları ərazi bir neçə müddətdi zir-zibil içində itib batır. Vəziyyət o yerə çatıb ki, bu ünvana təcili yardım avtomobili çağrılsada maşının hərəkəti küçədə mümkünsüz olur. Adıçəkilən küçənin girişində yaşayan Ceyhun Əliyev, öz şəxsi avtomobili ilə zibil əlindən yeni tikdiyi mənzilinə yaxınlaşa bilmir.
Qaçaq Nəbi küçəsinin sakinləri koronovirus təhlükəsinin olduğu vaxtda, yaşadıqları ərazinin belə vəziyyətinin onları daha da narahat etdiyini deyirlər. Burada yaşayanlar həmin ünvana zibil qablarının qoyulmasını və həmin qablara yığılan tullantıların vaxtlı-vaxtında daşınmasını vacib olduğunu bildirirlər.
Küçənin mövcud vəziyyəti haqqda adiyyatı qurumları məlumatlandırmaq üçün üz tutduq Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik idarəsinə. İdarənin rəis müavini Tahir Abdullayev bildridi ki, Qaçaq Nəbi küçəsinə dəfələrlə baxış keçirilib, zibilləri ərazidən götürüblər. Amma həmin küçə sakinləri tullantıların daşınması üçün xidmət haqqı ödəməkdən imtina edirlər.
Mingəçevir şəhəri Qaçaq Nəbi küçəsindəki vəziyyəti çəkib göstərdik. İndi qalır adiyyatı qurumlarla, sakinlərin razılığa gəlib problemin həllinə çalışmaları.