Müqəddəs Qurban bayramı ilə əlaqədar Mingəçevir şəhərində də tədbirlər keçirilib.
Şəhərdə fəaliyyət göstərən idarə və təşkilat rəhbərlərinin, yerli sakinlərin iştirakı ilə təşkil olunan bayram mərasimlərində çıxış edənlər hamını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini xüsusi olaraq vurğulayıblar.
Bildirilib ki, Mingəçevir şəhərində Qurban bayramı ilə əlaqədar şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə, ümumilikdə 1200 ailəyə qurban payı verilib. Qurban bayramı ilə əlaqədar Mingəçevir şəhər məscidində imkansızlar üçün bayram süfrəsi açılıb./azertag
7news.az








