Mingəçevirdə 2 nəfəri bıçaqlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundanAPA-ya verilən məlumata görə, Mingəçevir şəhər sakinləri Hümbət Əhmədov və Tural Əzizovun kəsilmiş-deşilmiş bədən xəsarətləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Şəhər Polis Şöbəsinə məlumat daxil olublar.
Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində 2 nəfərə bıçaqla xəsarət yetirən şəxsin Mingəçevir şəhər sakini Orxan Babayev olduğu müəyyən olunub. O, saxlanılaraq istintaqa təhvil verilib.
İlkin araşdırma zamanı məlum olub ki, sərxoş vəziyyətdə olan O.Babayevlə Tural arasında kafedən başlayan mübahisə daha sonra çöldə bıçaqlanma ilə nəticələnib. O.Babayev tərəfləri sakitləşdirməyə çalışan H.Əhmədova da bıçaqla xəsarət yetirib.
Məlumatda həmçinin qeyd olunur ki, bıçaqlanmanın qızqaçırma məsələsi ilə heç bir əlaqəsi yoxdur.








