RU
Mingəçevirdə avtomobil sexi yandı
10:10
636

Mingəçevirdə avtomobil sexi yandı

Mingəçevir şəhərində yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən 7news.Az-a verilən məlumata görə, Mingəçevir şəhərində ümumi sahəsi 30 kvadrat metr olan avtomobil təmiri sexi yanıb. Belə ki, avtomobil sexinin lambirindən ibarət üzlüyü 6 kvadrat metr sahədə və sexdə təmirə dayanmış "Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ