Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.
7News.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 11-də Mingəçevir şəhərində şəhər sakini Aqşin Binnətov münaqişə zəminində Ağdam rayon sakini Lətif Həsənliyə bıçaqla xəsarət yetirib.
Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A. Binnətov tutulub.








