RU
Mingəçevirdə canavar gənc oğlanı ağır yaralayıb
22:00
1223

Mingəçevirdə canavar gənc oğlanı ağır yaralayıb

Mingəçevir şəhərində qoyun otaran gənc oğlana canavar hücum edib.

Nəticədə şəhərin Turbaza adlanan ərazisində müvəqqəti məskunlaşan Kəlbəcər rayon məcburi köçkünü, 1992-ci il təvəllüdlü Məsimov Elçin Xəlil oğlu ağır bədən xəsarətləri alıb.

Həkimlər xəstəxanaya yerləşdirilən gəncin vəziyyətini ağır qiymətləndirirlər.
Məlumata görə, Elçin Məsimov baş nahiyəsindən xəsarət alıb. Canavar eyni zamanda 4 qoyunu parçalayıb.

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ