RU
Mingəçevirdə dəhşət: QADIN ÖZÜNÜ PROKURORLUĞUN BİNASINDAN ATDI, DÜNYASINI DƏYİŞDİ
22:21
1172

Mingəçevirdə dəhşət: QADIN ÖZÜNÜ PROKURORLUĞUN BİNASINDAN ATDI, DÜNYASINI DƏYİŞDİ

7NEWS.az xəbər verir ki, İyulun 19-da Mingəçevir şəhər prokurorluğunda bir neçə şəxsin ümumilikdə 413 min manat məbləğində pul vəsaitinin ələ keçirilməsi faktı üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə (külli miqdarda dələduzluq) istintaq edilən cinayət işi üzrə 1991-ci il təvəllüdlü Aslanova Turalə Natiq qızı müqavilə əsasında xidmət göstərən vəkili Kiçikbəyov Emin Atabəy oğlunun iştirakı ilə dindirilməsi üçün şəhər prokurorluğuna dəvət edilmişdir.

İstintaq hərəkətinin gedişində Turalə Aslanova şəhər prokurorluğunun inzibati binasının 2-ci mərtəbəsində yerləşən dindirmə otağının pəncərəsindən özünü yerə atmış və nəticədə ağır bədən xəsarəti almışdır.

T.Aslanova dərhal Mingəçevir Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Təcili tibbi yardım şöbəsinə çatdırılmış, lakin ixtisaslaşdırılmış həkimlər tərəfindən göstərilən bütün tibbi yardımlara baxmayaraq həyatını xilas etmək mümkün olmamışdır.

Hazırda baş vermiş hadisə ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır. <!-- /data/user/0/com.samsung.android.app.notes/files/clipdata/clipdata_bodytext_230719_221955_947.sdocx -->

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ