15 iyul 2018-ci il tarixdə saat 21:22-də Mingəçevir şəhərində 4 nəfər piyadanın vurlması ilə nəticələnən dəhşətli yol qəzası baş verib.
Şəhərin H.Əliyev prospektində Bayraq meydanının düz qarşısında dayanacaq olmayan yerdə 8 saylı marşurt avtovusundan düşən sərnişinlər yolu keçmək istəyərkən hərkətdə olan "Nissan-Maxsima” markalı 45-BJ-521 dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulub. Hadisə zamanı piyadaların dördü də ağır bədən xəsarəti alıblar.İlkin məlumata görə onlardan ikisi yerindəcə dünyasını dəyişib.Onlardan biri uşaqdır. Vurulan piyadalar hamızı bir ailənin üzvləridi
Nəsibova Labidə Zülfüqar qızı
Nəsibov Zülfüqar Rəmzi oğlu
Nəsibova Gülnar Zülfüqar qızı
Hüseynova Mələk Pərviz qızı
Qeyd edək ki,hadisə baş verən ərazidə piyadaların keçməsi üçün keçid yoxdur.Onu da vurğulayaq ki,Təcili Tibbi Yardım briqadası hadisə yerinə ən azı 20 dəqiqə gec gəlib.Baxmayaraq ki,məsafəni 5-7 dəqiqəyə qət etmək mümkündür.Tibbi heyətin hadisə yerindəki ləng və biganə davranışları əraziyə kömək üçün toplaşan insanların qəzəbinə və etirazına səbəb olub.










