RU
Mingəçevirdə dəhşətli yanğın olub
17:42
1146

Mingəçevirdə dəhşətli yanğın olub

Mingəçevir şəhərində hər mərtəbəsi 600 kv.m olan yeddimərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb.

7News.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yuxarı mərtəbələrdən 30 sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Binanın dam örtüyünün qalan hissəsi və 7-ci mərtəbədə yerləşən otaqlar yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ