Mingəçevir şəhərində 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təntənəli ümumşəhər tədbiri keçirilib. Bayraq meydanında təşkil onunan tədbirə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhərin hüquq-mühafizə orqanları, bələdiyyə, təhsil, səhiyyə, idarə müəssisə və təşkilatlar, şəhər sakinləri qatılıblar. Mingəçevir Dövlət Universiteti başda rektor Akif Hacıyev olmaqla professor, müəllim və tələbə kontingenti ilə birgə tədbirdə iştirak ediblər. İlk öncə Dövlət Himninin sədaları altında uzunluğu 14, eni 7 metr olan üçrəngli bayraq meydana gətirilib. Bayram tədbirində şəhərin ümumtəhsil məktəblərinin hazırladığı ədəbi-bədii kompozisiyalar nümayiş olunub. Ədalət Quliyevanın rəhbərlik etdiyi Uşaq Yaradıcılıq Mərkəzinin balaca fidanları rəngarəng musiqi və şeir nömrələri ilə çıxış ediblər. Mələk Tağıyevanın rəhbərliyi ilə rəqs qrupu isə milli rəqs nömrələri ilə tədbirin ahəngliyinə rəng qatıblar. Mingəçevirdə fəaliyyət göstərən "Mingəçevir qrupu” və gənc müğənni Elşad Ehtiramoğlu Azərbaycanı tərənnüm edən mahnılarla tədbirin coşqunluğunu daha rəngarəng ediblər.
7news.Az


















