Bugün 7News.az-ın redaksiyasına Mingəçevirdən xəbər daxil olub.
Xəbərdə deyilir ki, şəhərin keçmiş zavodlarının birində məskunlaşan qaçqınlar QAÇQINKOM-a öz etirazlarını bildiriblər.
Belə ki, onlarla qaçqın və məcburi köçkün küçəyə axışaraq yolu bağlayıb və tələblərini irəli sürüblər.
Mingəçevirdə yenicə istifadəyə verilmiş yaşayış binasından ev ala bilməyən qaçqınlar öz etiraz səslərini küçəyə çıxmaqla bildiriblər.
Xatırladaq ki, ötən gün Mingeçevirdə köçkünlər üçün yeni qəsəbə istifadəyə verilmişdi.
Köçürmə prossesi qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitsəinin və müvafiq icra hakimiyyətlərinin nümayəndələrindən ibarət kommisiyanın tərtib etdiyi siyahı əsasında həyata keçirilib.
http://www.7news.az/sosial-4/mingecevirde-kockunler-ucun-yeni-qesebe-istifadeye-verildi-1328















