RU
Mingəçevirdə iki avtomobil toqquşdu
12:50
77

Mingəçevirdə iki avtomobil toqquşdu

Mingəçevirdə yol qəzası olub.

Hadisə şəhərin Gəncə şossesində baş verib. "Mercedes" markalı iki avtomobilin toqquşması zamanı idarəetmədən çıxan maşınlardan biri işıq dirəyinə çırpılıb, daha sonra yaşıllıq zolağına düşüb.

Qəza zamanı xəsərət alan olmasa da, avtomobillərə və şəhər təsərrüfatına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ