Mingəçevirdə I və II Qarabağ müharibəsinin şəhidlərindən Ulvi Natiq oğlu Həsənovun və Namaz Yunis oğlu Yunisovun xatirəsinə inşa edilən bulağın açılış mərasimi olub.
"Xatirə bulağı”nın açılışında əvvəlcə şəhidlərin ruhuna dualar oxunub, ruhları bir dəqiqləlik sukutla yad edilib.
Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi qələbədən, şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağından danışılıb. Şəhid ülvi Həsənovun oxuduğu 17 saylı məktəbin şagirdləri söylədikləri şerlərlə şəhidləri yad ediblər.
Qeyd edək ki,Həsənov Ülvi Natiq oğlu 2001-ci il dekabrın 31-də Mingəçevir şəhərində anadan olub. Orta təhsilni Mingəçevir şəhər 17 N-li məktəbdə alıb. Məzun olduqdan sonra Ağdam Dövlət Sosial-iqtisadi Kollecinin Maliyyə işi ixtisasına qəbul olub.
İdmana çox həvəsli idi. Ona görə də avarçəkmə və şahmat idman növləri ilə məşğul olub. Müxtəlif yarışmalarda uğurla iştirak edib, medallarla təltif olunub . Ən böyük arzusu bayrağımızı Şuşaya sancmaq idi.
2020-ci ilin yanvar ayında hərbi xidmətə yollanıb. Kəşfiyyatçı idi.
Şəhadətindən sonra "Vətən uğrunda” və "Şuşanın azadlığı uğrunda” medalları ilə təltif edilib.














