Mingəçevirdə 54 yaşlı iş adamı yardım üçün gəldiyi xəstəxananın girişində keçinib.
Hadisə Şəhər Mərkəzi Xəstəxanasında yaşanıb. 1968-ci il təvəllüdlü şəhər sakini Tahir Quliyev səhər saatlarında "Ford” markalı minik maşını ilə xəstəxanaya gələrək "Yardım edin, ölürəm” deyib.
Həkimlərin pasiyenti xilas etmək üçün bütün cəhdlərinə rəğmən müraciət edən şəxsi xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Tahir Quliyev sahibkardır və şəhərdə qapı-pəncərə istehsalı ilə məşğul olub.
Faktla bağlı araşdırma aparılır./Bizim.Media
7NEWS.Az








