RU
Mingəçevirdə karantin qaydalarını heçə sayan müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olundu
22:40
1011

Mingəçevirdə karantin qaydalarını heçə sayan müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olundu

Mingəçevir şəhəri, A.Şaiq küçəsində fəaliyyət göstərən fiziki şəxs Kərimov İkrəm Balakişi oğluna məxsus "Nur” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ