RU
Mingəçevirdə məcburi köçkünlər aksiya keçirir
15:34
800

Mingəçevirdə məcburi köçkünlər aksiya keçirir

Mingəçevirdə məcburi köçkünlərlə səhiyyə işçiləri arasında qarşıdurma yaranıb.

Bu dəqiqələrdə Şəkərli Diabet Dispanserində məskunlaşmış məcburi köçkünlər qapını arxadan bağlayaraq həkimləri içəri buraxmırlar. Məlumat üçün qeyd edək ki, sözügedən səhiyyə ocağının bir hissəsində Ağdam və Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıblar.

Məsələ ilə bağlı Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlanıldı. İcra Hakimiyyətinin özünü təqdim etmək istəməyən əməkdaşı bildirib ki, belə hadisələr şəhərdə tez-tez baş verir:

"Məcburi köçkünlər ev bölgüsündən narazıdırlar. Ona görə tez-tez yolu kəsirlər, həkimləri xəstəxanaya buraxmırlar".

Məsələni diqqətdə saxlayacağıq./olke

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ