Mingəçevirdə mənzildə yanğın baş verib.
7news.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 89 kv.m olan 3 otaqlı mənzilin mətbəxində 2 kv.m sahədə mətbəx mebeli yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
7news.Az








