Mingəçevirdə 16 yaşlı Xocalı sakinini öldürən şəxsin kimliyi məlum olub.
Həmin şəxs Ağdam rayonu Abdalgülablı kənd sakini Qasımov Əlixan Nuxa oğludur. O tapançadan açdığı atəşlə Xocalı rayon sakini olan 16 yaşlı məktəbli Kərimov Orxan Tofiq oğlunu öldürüb.
Ə. Qasımov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hadisənin səbəbləri hələki məlum deyil.
------
Hadisə şəhərin "Energetiklər" yaşayış massivində məcburi köçkünlərin məskunlaşdığı "Yeni həyat" qəsəbəsində qeydə alınıb.
Məlumatda bildirilir ki, qəsəbənin park ərazisində iki şəxs arasında düşən mübahisə zəminində orta məktəb şagirdi güllələnib.
Belə ki, qəsəbə sakini əvvəllər məhkum olunmuş təxminən 40 yaşlarında olan Əlvan adlı şəxs odlu silahdan qəsəbənin digər sakini orta məktəb şagirdi K.O.-ya atış açıb.
O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.









