RU
Mingəçevirdə qəza - Xəsarət alan var
10:42
631

Mingəçevirdə qəza - Xəsarət alan var

Mingəçevirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

7news.Az xəbər verir ki, hadisə şəhərin Samux küçəsində qeydə alınıb.

Küçədə hərəkətdə olan "Mercedes" və BMW markalı avtomobillər toqquşub. Toqquşma zamanı BMW-də olan sərnişin, 1996-cı il təvəllüdlü Həmidova Pərvanə Azər qızı xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ