RU
Mingəçevirdə qız intihar etmək istədi
16:15
587

Mingəçevirdə qız intihar etmək istədi

Mingəçevir şəhərində daha bir gənc qız intihara cəhd edib.

7news.Az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Puşkin küçəsində yerləşən evlərdən birində baş verib. 

Belə ki, şəhər sakini, 1997-ci il təvəllüdlü  U.A hələlik məlum olmayan səbəblərdən sirkə turşusu içərək, özünü öldürmək istəyib. O, huşsuz və ağır vəziyyətdə qohumları tərəfindən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Report-un yerli bürosuna bildirilib ki, U.A-nın vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırmalara başlanılıb. 

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ