RU
Mingəçevirdə ŞƏHƏR GÜNÜ qeyd olunur
14:13
1739

Mingəçevirdə ŞƏHƏR GÜNÜ qeyd olunur

Mingəçevir respublikanın 4-cü iri sənaye mərkəzidir. Ərazisi 130 kv.km-dir. Əhalisi 01.05.2014-ci il tarixə rəsmi qeydiyyatda 100670 nəfərdir.

 

Hazırda ölkənin dördüncü sənaye şəhəri olan Mingəçevirdə elektroenergetika, elektrotexnika, kimya, maşınqayırma, yüngül və yeyinti sənaye sahələri inkişaf etmişdir.
Şəhər ərazisində 40-a yaxın sənaye müəssisəsi, o cümlədən iki böyük elektrik stansiyası – “Azərbaycan İstilik Elektrik Stansiyası” və “Mingəçevir SES silsiləsi” MMC-lər, 2 ali – Mingəçevir Politexnik İnstitutu və Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı, 2 orta-ixtisas – Mingəçevir Tibb və Turizm Kollecləri, 1 peşə və 22 ümumtəhsil orta məktəbi, 7 məktəbdənkənar və 21 məktəbəqədər təlim tərbiyə müəssisələri, 20-ə yaxın səhiyyə və 26 mədəniyyət müəssisələri, o cümlədən, Mingəçevir Dövlət Dram Teatrı, Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsi, «Mingəçevir», «Mingəçevir işıqları» qəzetləri və Mingəçevir televiziyası və digər müəssisələr fəaliyyət göstərir.

Hazırda şəhər üzrə məşğul əhalinin sayı 25865 nəfər, o cümlədən sənayedə çalışanların sayı 5417 nəfər, tikintidə 547 nəfər, nəqliyyat və rabitədə 386 nəfər, təhsil, mədəniyyət və incəsənətdə 4772 nəfər, mənzil–kommunal təsərrüfatında, əhaliyə məişət xidmətində 958 nəfər, səhiyyə, bədən tərbiyəsi və sosial təminatda 2549 nəfər, kreditləşmə, maliyyə və sığortada 208 nəfər, idarəetmə orqanlarında 414 nəfər, digər sahələrdə 9373 nəfərdir.

Son bir neçə ildə Mingəçevir şəhərində bir sıra infrastruktur yenilikləri ilə hər kəsi təəccübləndirməyi bacarıb. Bayramov Niyazi Müzəffər oğlu  şəhər icra hakimiyyətiin başçısı təyin olunduqdan sonra şəhərdə canlanma müşahidə olundu: bir sıra strateji obyektlərin açılışı oldu, şəhər yeni görkəm aldı, turizm baxımından yeni imkanlar yaradıldı.

Biz də 7News.azinformasiya portalı olaraq bütün mingəçevirliləri ŞƏHƏR GÜNÜ münasibəti ilə təbrik edirik.

Səbuhi MÜBARİZOĞLU ABBASOV

7News.az

123456789101114151718202428

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ