RU
Mingəçevirdə sərxoş sürücü qəza törətdi, altı nəfər yaralandı
10:20
460

Mingəçevirdə sərxoş sürücü qəza törətdi, altı nəfər yaralandı

Mingəçevirdə 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə şəhərin Gəncə şossesində, "Karvan Petrol”un qarşısındakı yol dairəsində qeydə alınıb.

Qəza zamanı "VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq qapalı yol dairəsinə girib və orada maneələrə çırpılıb. 

Nəticədə 5-i bir ailənin üzvü olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili xəstəxanaya çatdırılıb.

Xəsarət alan şəxslər:

Sürücü - 1955-ci il təvəllüdlü Yevlax rayon Tanrıqullar kənd sakini Yaqub Əmiraslan oğlu Mustafayev
Sərnişinlər - 1951-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Qivami Fərzəli oğlu Abdullayev
1985-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Zeynəb Abdulla qızı Abdullayeva
2011-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Zərifə Vüsal qızı Abdullazadə
2015-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Fərqanə Vüsal qızı Abdullazadə
2015-ci il təvəllüdlü Mingəçevir sakini Bayram Vüsal oğlu Abdullazadə

Xəstəxanaya yerləşdirilmiş yaralıların müayinə və müalicəsi davam edir. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır./report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ