Mingəçevir şəhərində 3 avtomobilin toqquşması nəticəsində zəncirvari qəza baş verib.
Hadisə şəhərin Səməd Vurğun küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsində - Polis şöbəsinin qarşısında qeydə alınıb.
Belə ki, axşam saatlarında "Nissan”, KİA və "VAZ-21011 " markalı avtomobillər toqquşub. Nəticədə avtomobillərə ciddi ziyan dəyib, hadisə yerinə çağırılan təcili yardım xidməti yüngül xəsarət alanlara yerindəcə tibbi yardım göstərib.
Faktla bağlı araşdırma aparılır./report
7News.Az








