RU
Mingəçevirli 125 yaşlı qadın seçkilərdə iştirak edəcək...
18:49
2162

Mingəçevirli 125 yaşlı qadın seçkilərdə iştirak edəcək...

Mingəçevir sakini, 125 yaşlı Sandıx Bağırova yataq xəstəsi olduğundan seçki məntəqəsinə gedə bilməyəcək.

7news.az Region TV-yə istinadən məlumatına görə, Daşınar qutu onun ünvanına gətiriləcək. Qızı, 75 yaşlı Züleyxa Bağırova Sandıx nənəyə bu işdə yardımçı olacaq:

” Parlament seçkiləri gəlir. Anama səs verməyə kömək edəcəyəm”

Sandıx nənə bundan sonra keçiriləcək seçkilərdə də iştirak etmək arzusundadır.

Qeyd edək ki, qanunvericiliyə görə, seçki günü məntəqələrə gələ bilməyən Sandıx nənə kimi yüzlərlə seçiciyə yaşadıqları ünvanlarda səs vermək üçün şərait yaradılacaq.

7news.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ