RU
Minlərlə insana peyvənd əvəzinə duzlu su VURULDU
17:50
891

Minlərlə insana peyvənd əvəzinə duzlu su VURULDU

Dünya koronavirusla mübarizədə peyvəndlənmə işlərini sürətlə davam etdirərkən, Almaniyadan gələn xəbərlər hər kəsi təəccübləndirib.

Almaniyada adı açıqlanmayan özəl xəstəxanaların birində tibb bacısı 8600 nəfərə vaksin yerinə duzlu su vurub. Məlum olub ki, tibb bacısı əksəriyyəti yaşlı olan insanlara koronavirus peyvəndi vurmayıb. Onun əvəzinə duzlu su vuraraq, qeydiyyata alıb. Çox keçməyib ki, tibb bacısını riyakarlığı ortaya çıxıb.

Bundan sonra Alman səhiyyəsi həmin insanlardan üzr istəyərək, məsələnin araşdırılacağını bildirib. Həmçinin də, duzlu su vurduran şəxslər yenidən peyvənd edilməyə çağırılıb./Unikal.org

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ