Bu gün Avstriyanın paytaxtı Vyanada ATƏT-in Minsk Qrupunun üzvlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair müzakirə aparılacaq.
Bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik ötən gün özünün "Twitter" səhifəsində yazıb.
Uorlik qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Minsk Qrupunun üzvlərini Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticələri və gələcək addımlar barədə məlumatlandıracaq./azvision
7News.az








