Hazırda Vyanada ATƏT-in Minsk Qrupunun iclası keçirilir.
7News.Az xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.
Bir saatdan sonra ATƏT-in Daimi Şurasının xüsusi toplantısı keçiriləcək. Hər iki yığıncaq Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki vəziyyətə həsr olunub.
***
“ATƏT-in Minsk qrupu ölkələri, o cümlədən ATƏT-ə 2017-ci ildə sədrlik edəcək Avstriya və 2015-ci ildə sədrlik etmiş Serbiya təmas xəttində görünməmiş zorakılığın artmasını qətiyyətlə pisləyirik”-, bu barədə ATƏT-in Minsk qrupu ölkələrinin birgə bəyanatında deyilir.








