RU
“Minsk qrupunun bütün üzvlərinin görüşü son şans kimi nəzərə çatdırılmalıdır”
09:00
492

“Minsk qrupunun bütün üzvlərinin görüşü son şans kimi nəzərə çatdırılmalıdır”

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduqları ikili standartlardan yanaşma haqlı olaraq Azərbaycan cəmiyyətində ciddi narazılıqlar yaradıb. Münaqişənin həllinin uzanmasında ictimaiyyət həmsədrləri günahlandırır və onların tərkibinin dəyişdirilməsi təklifləri ilə çıxış edirlər”.

Bu fikirləri SİA-ya açıqlamasında ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev deyib.

O bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti haqqında oturuşmuş təsəvvürlər mövcuddur: “Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində hər hansı bir real addım atmır. Demək olar ki, ATƏT-in Minsk Qrupu münaqişənin tənzimlənməsində maraqlı deyil. Həmsədrlərin 20 illik fəaliyyəti artıq belə deməyə əsas verir ki, onlar Dağlıq Qarabağ probleminin ədalətli həllində maraqlı deyillər və məsələnin “dondurulmuş münaqişə” formatında qalmasına, bu vəziyyətin hələ illərlə uzadılmasına çalışırlar.”

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ məsələsini monopoliyaya alıblar və hər yolla münaqişənin digər beynəlxalq təşkilatlar çərçivəsində müzakirəyə çıxarılmamasına cəhd göstərirlər: “Bununla da onlar həm də Ermənistanın işğalçı siyasətini ört-basdır etmək məqsədi güdürlər. Həmsdərlər son bəyanatlarında da Qarabağ məsələsinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında müzakirə olunmamasına çalışdılar. Guya, AŞPA-da Ermənistanın Azərbaycan torpaqlarının işğalı faktından danışmaq Dağlıq Qarabağ probleminin həllinə mane olacaqmış və bu, həmsədrləri narahat edib. Əslində Minsk Qrupunun məqsədi münaqişə ilə bağlı vasitəçilik missiyasının öz nəzarətindən çıxmasına mane olmaq, məsələni monopoliyada saxlamaqdır. Onların cəhdləri, apardıqları iş hələ ki bu “məqsəd”ə nail ola bildiklərini göstərir. ”

Dağlıq Qarabağ məsələsini 20 ildir nəzarətində saxlamağa çalışan ATƏT-in Minsk qrupunun vasitəçilik formatından imtina etməli olduğunu deyən icmalçı ölkəmizin Minsk protokollarına hər zaman yüksək səviyyədə riayət etdiyini dedi: “Azərbaycanın Minsk prosesinə sadiqliyini bəyan edib və münaqişənin həllində formatdan tam istifadəni təmin etmək üçün Minsk qrupunun bütün üzvlərinin görüşünün keçirilməsinə çağırıb. Artıq bu barədə Azərbaycan XİN rəhbərinin müavini Araz Əzimov da münasibət bildirib. Hesab edirəm bu, düzgün yanaşmadır. Lakin bu davamlı şəkildə olmamalı, son şans kimi nəzərə çatdırılmalıdır.”

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ